"Arsenal" yeni yarımmüdafiəçi axtarışına çıxıb

"Ştutqart"ın almaniyalı yarımmüdafiəçisi Angelo Ştiller karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Express" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" 24 yaşlı oyunçunu transfer etməkdə israrlıdır.

Ştillerin Almaniya klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, sözü gedən futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avrodur.