"Arsenal"da ayrılıq gözlənilir
"Arsenal" brazilyalı futbolçusu Qabriel Jesusu yanvar ayında satacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
London klubunun rəhbərliyi 28 yaşlı oyunçunun tez-tez zədələnməsindən narahatdır.
Qeyd edək ki, Q.Jesusun transfer qiyməti 30 milyon avrodur.