"Arsenal"da ayrılıq yaşana bilər
"Arsenal"ın sağ cinah müdafiəçisi Ben Vayt "Everton"un maraq dairəsinə düşüb.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Mersisayd təmsilçisi bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, B.Vayt cari mövsüm meydana çıxdığı 14 matçda 1 qol, 1 asistlə yadda qalıb.