"Arsenal"da ayrılıq yaşanıb
"Arsenal" qanalı futbolçusu Tomas Parti ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder David Ornşteyn məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi azad agent kimi "Arsenal"dan ayrılacaq.
Qeyd edək ki, Parti ötən mövsüm meydana çıxdığı 52 matçda 4 qol 3 asistlə yadda qalıb.