"Arsenal"da mövsümü başa vurdu

"Arsenal"ın futbolçusu Ben Vayt zədə səbəbindən mövsümün erkən başa vurub.

Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.

28 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 30 oyunda 1 qol, 2 asistlə yadda qalıb.

Qeyd edək ki, B.Vayt 2021-ci ildən "Arsenal"da çıxış edir.