"Arsenal"dan "İnter"ə doğru

"Arsenal"ın futbolçusu Rikkardo Kalafiori yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, "İnter" 23 yaşlı oyunçu ilə ciddi şəkildə maraqlanır.

Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

Qeyd edək ki, R.Kalafiori bu mövsüm meydana çıxdığı 29 matçda 1 qol, 3 asistlə yadda qalıb.