“Arsenal”dan uğursuz transfer cəhdi
“Arsenal”dan Arda Güler addımı baş tutmadı.
Sportline.az xəbər verir ki, “Arsenal”ın Arda Güler planları reallaşmayıb.
İnsayder Fabritsio Romanonun məlumatına görə, London klubu 2024-cü ilin qışında türkiyəli futbolçu ilə maraqlanıb və yay transfer pəncərəsində “Real Madrid”ə rəsmi təklif göndərməyi düşünürdü.
Lakin “Real Madrid” rəhbərliyi gənc ulduzu satmaq fikrində olmadığını açıq şəkildə bildirincə, “Arsenal” heç bir rəsmi addım atmayıb.