"Arsenal"dan yeni transfer
"Arsenal" klubu bu yay heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az insayder David Ornşteynin məlumatına istinadən xəbər verir ki, "Brentford"un danimarkalı futbolçusu Kristian Norqaard "Arsenal"a transfer olacaq.
31 yaşlı futbolçu üçün London klubu 12 milyon avro ödəyəcək.
Qeyd edək ki, Norqaard ötən mövsüm meydana çıxdığı 35 matçda 6 qol 4 asistlə yadda qalıb.