“Arsenal”ı “Çelsi”yə dəyişə bilər

"Arsenal"ın ingiltərəli futbolçusu Maylis Luyis-Skelli "Çelsi"nin maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Mark Brus məlumat yayıb.

19 yaşlı sol cinah müdafiəçisinin dəyəri 45 milyon avrodur.

Qeyd edək ki, Skelli cari mövsüm meydana çıxdığı 14 matçda 3 asistlə yadda qalıb.