"Arsenal"ın 1 nömrəli hədəfi
"Arsenal" "Atletik Bilbao"nun ispaniyalı ulduz futbolçusu Niko Uilyamsı heyətinə qatmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
23 yaşlı oyunçunun transfer qiyməti 80 milyon avrodur.
Qeyd edək ki, N.Uilyams cari mövsüm meydana çıxdığı 29 matçda 4 qol, 6 asistlə yadda qalıb.