"Arsenal"ın Arda Güler israrı davam edir
"Real Madrid"in futbolçusu Arda Güler karyerasını Premyer Liqada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Arsenal” klubu futbolçunun xidmətində maraqlıdır.
Bu haqda ESPN nəşri məlumat yayıb.
Bildirilir ki, İngiltərə nəhəngi transferi mövsümün sonunda reallaşdıra bilər.
“Arsenal” mövsümün fasiləsində futbolçunu transfer etmək üçün əlverişli şəraitin olmadığını hesab edir.