"Arsenal"ın futbolçusu "Everton"a keçə bilər

"Arsenal"ın sağ cinah müdafiəçisi Ben Vayt karyerasını "Everton"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

28 yaşlı futbolçu Mersisayd klubuna keçməyə razılıq verib.

Qeyd edək ki, B.Vayt cari mövsüm meydana çıxdığı 13 matçda 1 asistlə yadda qalıb.