"Arsenal"ın ispaniyalı ulduzu PSJ-nin hədəfində
"Arsenal"ın ispaniyalı futbolçusu Lukas Perez PSJ-nin hədəfindədir. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, Fransa təmsilçisi artıq Premyer Liqa klubu ilə danışıqlara başlayıb. L.Perezin növbəti mövsümdən I Liqada çıxış edəcəyi gözlənilir.
Futbolçunun keçidinin hansı məbləğə başa gələcəyi dəqiq bilinmir.
Qeyd edək ki, L.Perez 20 milyon avro müqabilində "Deportivo"dan "Arsenal"a transfer edilmişdi.