“Arsenal”ın ulduzu zədələnib

"Arsenal"ın yarımmüdafiəçisi Bukayo Saka bud zədəsinə görə bir aya qədər meydana çıxmaya bilər.

Sportline.az xəbər verir ki, 23 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 2-ci turunda keçirilən ev oyununda “Lids”ə (5:0) qol vurub, lakin ikinci hissənin əvvəlində budunun arxa nahiyəsini zədələyib və əvəzlənib.

Ehtimal olunur ki, Saka avqustun 31-də keçiriləcək səfər oyununda “Liverpul”a qarşı komandaya kömək edə bilməyəcək.