Arteta "Arsenal"la bağlı qərar verdi

Mikel Arteta "Arsenal"la yola davam edəcək.

Sportline.az xəbər verir ki, argentinalı mütəxəssis londonlularla yeni müqavilə bağlamağa hazırdır.

Bu haqda "The Athletic" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 42 yaşlı baş məşqçi artıq yeni anlaşmanın detallarını razılaşdırıb.

Müqavilənin 2027-ci ilədək nəzərdə tutulduğu deyilir. 

Tərəflərin bu günlərdə anlaşmaya imza atacağı gözlənilir. 

Qeyd edək ki, Mikel Arteta 2019-cu ilin dekabrından "Arsenal"ı çalışdırır.