Arteta Haverts haqqında danışıb

“Arsenal”ın ispaniyalı baş məşqçisi Mikel Arteta futbolçusu Kay Haverts haqqında fikirlərini bildirib.

Sportline.az xəbər verir ki, Arteta 25 yaşlı futbolçusunun çıxışından razıdır.

O jurnalistlərə verdiyi müsahibədə bu fikirləri qeyd edib: “Kai Haverts möhtəşəm oyunçudur. Həm ağıllı, həm də, fiziki cəhətdən güclü oyunçudur. Bu mövsüm qolları və asistləri ilə bizə çox fayda verir. Onun cərimə meydançasının daxilində qol vuracağına əmin oluram. Ümid edirəm ki, uzun illər bu klubda çıxış edəcək”, - deyə Arteta bildirib.

Qeyd edək ki, Haverts bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 9 matçda 4 qol və 1 asistlə yadda qalıb.