Artıq çəkidən əziyyət çəkən hakimlərimizin nəzərinə: Rusiyalı referi 15 kq arıqladı

Rusiyalı referi Aleksandr Yeqorov artıq çəkiyə görə üzləşdiyi tənqidlərdən yaxa qurtarıb. Sportline.az sports.ru-ya istinadən xəbər verir ki, 44 yaşlı hakim 6 ay ərzində 15 kq arıqlayıb. Saransklı referi buna xüsusi məşq proqramı sayəsində nail olduğunu açıqlayıb. Gənc olmalarına rəğmən artıq çəkidən əziyyət çəkən azərbaycanlı hakimlərə Yeqorov nümunəsindən nəticə çıxarmağı tövsiyyə edərdik.