Asensio PSJ-ni tərk edir?

PSJ ispaniyalı futbolçusu Marko Asensio ilə yollarını ayıracaq.

Sportline.az "Lequipe" qəzetinə istinadən xəbər verir ki, Asensio klubdan ayrılmaq niyyətindədir. Oyunçu klubdaki mövqeyindən narazıdır.

Fransa klubu Asensionu 25 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, 28 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.