Asim Xudiyev Latviyaya gedəcək

Asim Xudiyev yeni təyinat alıb. SportLine.az xəbər verir ki, o, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 7-də Latviyanın Yurmala şəhərindəki “Sloka” stadionunda keçiriləcək “Spartak” (Yurmala, Latviya) – “Dinamo” (Minsk, Belarus) oyununun hakim-inspektoru vəzifəsini icra edəcək.