"Aston Villa" 100 milyon avro tələb edir
"Liverpul" Morqan Rocersi transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, "Aston Villa" ingiltərəli futbolçu üçün ən azı 100 milyon avro tələb edir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Rocers cari mövsüm meydana çıxdığı 51 matçda 12 qol, 9 asistlə yadda qalıb.