"Aston Villa" 57 milyon avroluq təklifi rədd edib
"Vest Hem Yunayted" "Aston Villa"nın kolumbiyalı futbolçusu Con Duran üçün 57 milyon avroluq rəsmi təklif göndərib.
Sportline.az insayder David Ornşteyinin məlumatına istinadən xəbər verir ki, "Aston Villa" bu təklif qəbul etməyib.
Birmingem klubu 21 yaşlı forvardı satmaq niyyətində deyil.
Qeyd edək ki, Con Duran bu mövsüm çıxış etdiyi 27 matçda 12 qolla yadda qalıb.