"Aston Villa" Abrahamla razılaşdı

"Beşiktaş"da icarə əsasında çıxış edən Temmi Abraham karyerasını "Aston Villa"da davam etdirməyə yaxındır.

Sportline.az "Times Sport"a istinadən xəbər verir ki, 28 yaşlı forvard Birmingem klubuna keçməyə razılıq verib.

İngiltərə millisinin sabiq futbolçusu müqavilə əsasında "Roma"ya məxsusdur.

Qeyd edək ki, Abrahamın transfer qiyməti 25 milyon avrodur.