"Aston Villa" "Barselona"ya 30 milyon avro ödəməyə hazırdır

"Aston Villa" "Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Mark Kasadonu heyətinə qatmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda "El Pais" nəşri məlumat yayıb.

Birmingem klubu bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.

"Barselona" Kasadonu satmaq fikrinə müsbət yanaşır lakin, futbolçu klubdan ayrılmaq niyyətində deyil.