"Aston Villa" "Barselona"ya 50 milyon avro ödəməyə hazırdır

"Aston Villa" yayda "Barselona"nın futbolçusu Alexandro Baldeni heyətinə qatmaq istəyir.

Sportline.az jurnalist Xose Alavarezin məlumatına istinadən xəbər verir ki, Birmingem klubu bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.

22 yaşlı sol cinah müdafiəçisinin Kataloniya təmsilçisi ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, A.Balde bu mövsüm meydana çıxdığı 36 matçda 3 asistlə yadda qalıb.