"Aston Villa" "Brügge" ilə oyuna itkilərlə çıxacaq
Bu gecə UEFA Çempionlar Liqasında 1/8 finalın cavab görüşləri keçiriləcək.
Sportline.az xəbər verir ki, “Aston Villa” doğma meydanda “Brügge”ni sınağa çəkəcək.
Belçikada keçirilən oyunda ingiltərəlilər rəqibi 3:1 hesabı ilə üstələmişdilər.
“Aston Villa” bu matça ciddi itkilərlə çıxacaq. Amadu Onana və Roz Barkli iştirak ərzəsində yer almayıb. Qapıçı Emiliano Martines və Marko Asensionun durumu isə sual altındadır.
Start fiti gecə yarısı 12-də səslənəcək oyunu almaniyalı Daniel Zibert idarə edəcək.