"Aston Villa" "Çelsi"dən 80 milyon avro tələb edir

"Çelsi"nin yeni transfer hədəfi bəlli olub.

Sportline.az xəbər verir ki, "Aston Villa"nın ingiltərəli futbolçusu Morqan Rocers "Çelsi"nin transfer siyahısında yer alır.

Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

Birmingem klubu bu keçid üçün qarşı tərəfdə 80 milyon avro tələb edir.

Qeyd edək ki, Morqan Rocers cari mövsüm meydana çıxdığı 11 matçda 1 qol, 2 asistlə yadda qalıb.

23 yaşlı futbolçunun "Aston Villa" ilə sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.

Xatırladaq ki, M.Rocers "Mançester Siti"nin yetirməsi sayılır.