"Aston Villa" "Fənərbağça"dan futbolçu alır

"Aston Villa" "Fənərbağça"nın futbolçusu Yusuf En-Nesriyi heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

28 yaşlı futbolçunun transfer qiyməti 20 milyon avrodur.

Qeyd edək ki, En-Nesri bu mövsüm meydana çıxdığı 25 matçda rəqib qapılarından 8 top keçirib.