"Aston Villa" "Fənərbağça"ya elçi düşüb

"Fənərbağça"nın forvardı Yusuf En-Nesri "Aston Villa"nın maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, Birmingem klubu mərakeşli hücumçunu transfer etmək niyyətindədir.

Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Qeyd edək ki, Y.En-Nesri cari mövsüm meydana çıxdığı 25 matçda 8 qol, 1 asistlə yadda qalıb.