“Aston Villa” futbolçusuna yeni sözləşmə təklif edib

"Aston Villa" şotlandiyalı futbolçusu Con Makginlə yola davam etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, Birmingem klubu 30 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.

Bu haqda jurnalist Con Persi məlumat yayıb.

Qeyd edək ki, Makginin klubla hazırki sözləşməsi 2027-ci ilin yayına qədərdir.