"Aston Villa" "Liverpul"dan 70 milyon avro tələb edir

"Liverpul"un yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi "Aston Villa"nın ingiltərəli futbolçusu Morqan Rocersi transfer etməkdə israrlıdır.

Birmingem klubu bu keçid üçün qarşı tərəfdən 70 milyon avro tələb edir.

Qeyd edək ki, M.Rocers "Mançester Siti" yetirməsi sayılır.