"Aston Villa" Sançonun çıxışından narazıdır

"Aston Villa"da icarə əsasında çıxış edən Ceydon Sanço klubdan ayrılmağa yaxındır.

Sportline.az xəbər verir ki, Birmingem klubunun baş məşqçisi Unay Emeri ingiltərəli hücumçunun çıxışından narazıdır.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, Sanço müqavilə əsasında "Mançester Yunayted"ə məxsusdur.