"Aston Villa" ulduzunu satmaq istəmir
"Aston Villa" ingiltərəli ulduz futbolçusu Morqan Rocersi satmaq niyyətində deyil.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
PSJ, "Çelsi", "Real Madrid" və "Bavariya" sözügedən oyunçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, M.Rocers cari mövsüm meydana çıxdığı 49 matçda 12 qol, 9 asistlə yadda qalıb.