“Aston Villa” “Vest Hem”in təklfini rədd edib
“Vest Hem Yunayted” “Aston Villa”nın kolumbiyalı futbolçusu Con Duran üçün 40 milyon avro təklif edib.
Sportline.az “Talk Sport”a istinadən xəbər verir ki, “Aston Villa”ın rəhbərliyi təklifi qəbul etməyib. Birmingem klubu Con Duranı satmaq niyyətində deyil.
“Aston Villa”nın baş məşqçi Unai Emeri 21 yaşlı futbolçunun klubda qalmasını istəyir.
Qeyd edək ki, Con Duran bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 26 matçda 12 qolla yadda qalıb.