"Aston Villa"dan "Brügge"yə təklif var
"Aston Villa" "Brügge"nin nigeryalı futbolçusu Rafael Onyedikanı heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az jurnalist Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, Birmingem klubu 24 yaşlı yarımmüdafiəçinin meneceri ilə danışıqlara başlayıb.
R.Onyedikanın dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 24 matçda 2 qol, 1 asistlə yadda qalıb.