"Aston Villa"dan "Everton"a doğru
"Aston Villa"nın kapitanı Con Makgin yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
31 yaşlı futbolçunun transfer qiyməti 15 milyon avrodur.
Qeyd edək ki, C.Makgin cari mövsüm meydana çıxdığı 38 matçda 7 qol, 6 asistlə yadda qalıb.