"Aston Villa"nı "Tottenhem"ə dəyişə bilər
"Aston Villa"nın qapıçısı Emiliano Martinez "Tottenhem"in diqqət mərkəzinə düşüb.
Sportline.az xəbər verir ki, "mahmızlar" yanvar ayında Birmingem klubuna rəsmi təklif göndərəcək.
Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, E.Martinez cari mövsüm çıxış etdiyi 11 oyunda qapısında 9 top görüb.