Atakan Karazor ilk dəfə milliyə çağrılıb

“Ştutqart”ın 27 yaşlı futboçusu Atakan Karazor Türkiyə millisindən dəvət alıb.

Sportline.az “Ajansspor” saytına istinadən xəbər verir ki, Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella Atakanın adını 23 nəfərlik siyahıya əlavə edib.

Atakan Karazorun ilk dəfə milli matç həyəcanı yaşayacağı bildirilir.

Qeyd edək ki, Atakan Karazor bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 9 matçda 1 qol və 1 asistlə yadda qalıb.