"Atalanta" Kopmeynersin qiymətini açıqladı

"Atalanta" aparıcı futbolçularından olan Ten Kopmeybersi satmağa hazırdır.

Sportline.az xəbər verir ki, berqamolular mövsümün sonunda niderlandlı yarımmüdafiəçi ilə vidalaşmaq niyyətindədirlər.

Onu heyətində görmək istəyən klub isə 60 milyon avrodan keçməli olacaq. 

"Atalanta" 26 yaşlı futbolçuya bu qiyməti təyin edib.

Qeyd edək ki, Kopmeynerslə "Liverpul", "Çelsi" və "Yuventus"un ciddi maraqlandığı bildirilir.

2021-ci ildə Berqamoya gələn futbolçu cari mövsümdə keçirdiyi 48 oyunda 15 qol və 7 məhsuldar ötürməyə imza atıb.