"Atalanta"nın stopperi İngiltərə klubunun transfer radarındadır
"Atalanta"nın stopperi Ciorci Skalvini karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, "Nyukasl Yunayted" bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəməyə hazırdır.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm meydana çıxdığı 8 matçda 2 qolla yadda qalıb.