"Atletik" "Atalanta" ilə görüşə itkilərlə çıxacaq

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turuna yekun vurulacaq.

Sportline.az xəbər verir ki, "Atletik Bilbao" səfərdə "Atalanta" ilə üz-üzə gələcək.

Ernesto Valverdenin komandasında itkilərin sayı kifayət qədərdir. Unay Equliz, Emerik Laport, Benat Prados, Maroan Sannadi zədə, Yeray Alvares isə cəza səbəbindən meydana çıxa bilməyəcək.

Berqamo təmsilçisində Raoul Bellanova və Mitçel Bakker zədəlidir.

Qeyd edək ki, "Atalanta" - "Atletik Bilbao" oyunu bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq. Görüşün ədalət təmsilçisi niderlandlı Danni Desmond Makkele olacaq.