“Atletik Bilbao” “Jirona” ilə oyuna itkilərlə çıxacaq

İspaniya La Liqasında 6-cı tura start verilir.

Sportline.az xəbər verir ki, “Atletik Bilbao” “San Mames” stadionunda “Jirona” ilə üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda “Atletik”də Unai Equiluz, Benat Prados, Niko Uilyams zədə, Aleks Padilla və Daniel Vivian cəza səbəbindən matçı buraxmalı olacaq.

“Jirona”da isə itkilərin sayı daha çoxdur. Rikard Artero, Viktor Tsiqankov, Xuan Karlos, Aksel Vitsel, David Lopez, Viktor Reis və Tomas Lemar baş məşqçi Miçelin sərəncamında olmayacaq.

Qeyd edək ki, “Atletik Bilbao” – “Jirona” oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.