"Atletik" - "Qarabağ" matçının hakimləri bəlli olub

İspaniyada "Atletik" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununa təyinatlar açıqlanıb.

Sportline.az xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadasına həvalə olunub. 

Görüşün baş hakimi İqor Payaç olacaq. Ona Boyan Zobenitsa və İvan Mihali kömək edəcək.

Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.

VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San əyləşəcək.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.