"Atletiko" "Çelsi" sindromunu qıra bilmir

İspaniyanın "Atletiko" (Madrid) komandası baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında avrokuboklarda İngiltərə təmsilçilərinə qarşı 11 ev oyunu keçirib.

Sportline.az xəbər verir ki, Madrid klubu bunların yalnız ikisində meydanı məğlub tərk etməli olub.

Simeonenin komandası hər iki görüşdə "Çelsi"yə uduzub. "Atletiko" son olaraq Çempionlar Liqasında 1/8 finalın ilk duelindən məğlub ayrılıb - 0:1.

2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "zadəganlar" İspaniyada 2:1 hesablı qələbəyə sevinib. "Atletiko" həmin dönəmdə qrup mərhələsində "Qarabağ"la matçlarda da xal itirib - 1:1, 0:0.

Qeyd edək ki, "Çelsi" və "Atletiko" arasıdakı cavab oyunu martın 17-də Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.