"Atletiko" Kukurelya üçün hərəkətə keçib
"Çelsi"nin sol cinah müdafiəçisi Mark Kukurelya karyerasını ölkəsində davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.
27 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 22 matçda 2 asistlə yadda qalıb.
Qeyd edək ki, M.Kukurelyanın transfer qiyməti 35.3 milyon avrodur.