"Atletiko Madrid" futbolçusuna astronomik qiymət qoydu

"Barselona"nın gələn ilin yayında əsas transfer hədəfi "Atletiko"nun futbolçusu Xuliyan Alvarezdir.

Sportline.az xəbər verir ki, Madrid təmsilçisi 25 yaşlı forvard üçün 200 milyon avro tələb edir.

Bu haqda "Radioestadio Noche" məlumat yayıb.

Qeyd edək ki, Alvarez cari mövsüm meydana çıxdığı 13 matçda 7 qol, 4 məhsuldar ötürmə müəllifi olub.

Argentina millisinin üzvü "Atletiko Madrid"ə 2024-cü ilin avqust ayında "Mançester Siti"dən 75 milyon avro qarşılığında transfer olunmuşdu.