"Atletiko Madrid" ingiltərəli ulduzu transfer etmək istəyir

"Atletiko Madrid" klubu "Mançester Yunayted"in ingiltərəli futbolçusu Markus Reşfordu transfer etmək üçün hərəkətə keçib.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, İspaniya klubu Reşford transferini yavar ayında həll etmək niyyətindədir. "Atletiko Madrid" icarə əsasında heyətinə qatmaq istəyir.

Lakin "Mançester Yunayted" Reşfordu 60 milyon avro qarşılığında satmağı planlaşdırır.

"Atletiko"nun çalışdırıcısı Simione Reşfordu komandasını görmək istəyir.

Qeyd edək ki, Reşfordun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

27 yaşlı futbolçu cari mövsümdə çıxış etdiyi 24 matçda 7 qol və 3 asistlə yadda qalıb.