“Atletiko Madrid” “Tottenhem”ə elçi düşüb

"Atletiko Madrid" gələn ilin yayında "Tottenhem"in uruqvaylı yarımmüdafiəçisi Rodriqo Bentankuru azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Madrid klubu oyunçunun meneceri ilə təmas halındadır.

Qeyd edək ki, Bentanku İspaniyada çıxış etməyə müsbət yanaşır.