"Atletiko"nu "Qalatasaray"a dəyişə bilər
“Qalatasaray” “Atletiko Madrid”in futbolçusu Cakomo Raspadorinin xidmətində maraqlıdır.
Sportline.az xəbər verir ki, “Atletiko Madrid”də az oyun şansı əldə edən futbolçunun klubdan ayrıla biləcəyi irəli sürülür.
İtaliya mediasının məlumatına görə, “Roma” klubu da futbolçunu transfer etmək istəyir.
İspaniya nəhəngi oyunçu üçün 22 milyon avro tələb edir.