"Atletiko"nun "Bavariya"ya qarşı heyəti

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Bavariya" ilə qarşılaşacaq "Atletiko"nun heyəti açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Diyeqo Simeone Münhenə bu heyəti aparacaq:

Qapıçılar: Oblak, Moyya, Bernabe

Müdafiəçilər: Filipe Luis, Saviç, Qames, Lukas, Ximenes, Qodin, Xuanfran

Yarımmüdafiəçilər: Koke, Kranevitter, Oliver Torres, Auqusto, Qabi, Saul, Ferreyra-Karrasko, Tomas, Tiaqo

Hücumçular: Antuan Qrizmann, Fernando Torres, Korrea, Vietto

Xatırladaq ki, komandalar arasında Madriddə keçirilən oyun "Atletiko"nun 1:0 hesablı qələbəsi ilə nəticələnib.