“Atletiko”nun gözü “Barselona”nın futbolçusuna düşüb
"Atletiko Madrid" "Barselona"nın futbolçusu Robert Levandovskini gələn ilin yayında azad agent kimi transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
37 yaşlı forvardın dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, Kataloniya klubu Levandovski ilə yeni müqavilə imzalamaq niyyətində deyil.
O, cari mövsüm meydana çıxdığı 9 matçda 4 qolla yadda qalıb.
Xatırladaq ki, Polşa millisinin üzvü "Barselona"ya 2022-ci ilin iyul ayında "Bavariya"dan 45 milyon avro qarşılığında transfer olunmuşdu.